|
|
|
|
Neft Fondunun statusuna yenidən baxılmalıdır
Vüqar Bayramov: “Büdcə ilə fond arasında
münasibətlər nə qanunvericilik, nə də dünyada tətbiq
edilən standartlar baxımından doğru
müəyyənləşdirilməyib.”
Məlum olduğu kimi, Milli Məclis 2011-ci ilin dövlət
büdcəsinə əlavə və dəyişikliklər etməyə hazırlaşır.
Artıq hökumət dövlət büdcəsinə ediləcək əlavə və
dəyişikliklərlə bağlı qanun layihəsini parlamentə
təqdim edib. Maliyyə Nazirliyindən verilən məlumata
görə, 2011-ci ilin dövlət büdcəsi gəlirlərinin 3
mlrd. 493,2 mln. manat məbləğində artırılması
nəzərdə tutulub.
Yeri gəlmişkən dövlət
büdcəsinin gəlirlərinin artımının 770 mln. manatı
vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə
Dövlət Neft Fondundan (ARDNF) transfer hesabına
təmin edilməsi nəzərdə tutulur.
Büdcəyə
ediləcək dəyişiklikdən sonra Neft Fondundan büdcəyə
edilən transfertlər
2005-ci illə müqayisədə 61,2 dəfə çox olacaq.
2005-11-ci illərdə dövlət büdcəsinin həcmi 2 mlrd.
55 mln. manatdan 15 mlrd. 554 mln. manata qədər (7,5
dəfə) artdığı halda, ARDNF-dən dövlət büdcəsinə
edilən transferin həcmi 150 mln. manatdan 9 mlrd.
180 mln. manata qədər (61,2 dəfə) artıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vuqar
Bayramov bildirir ki, dəyişikliklərdən
sonra fonddan büdcəyə ümumilikdə 9 milyard 180
milyon manat transferi ediləcək. Bu
da
büdcə gəlirlərinin 59,2
faizi
deməkdir:
“Azərbaycanın 2011-ci il dövlət büdcəsinə edilən
əlavə və dəyişikliklər büdcənin neft gəlirlərindən
asılılığını artıracaq. Büdcənin ilkin variantında Dövlət
Neft Fondundan 6,8 milyard manat (8,6 milyard
dollar) transfert proqnozlaşdırılmışdı. Lakin son
dəyişikiliklərin təsdiqi ilə fonddan əlavə 2,7
milyard AZN (3,4 milyard dollar) transfert ediləcək.
Bu da əvvəlki planla müqayisədə 41,7 faiz çoxdu və
ümumi büdcənin neft gəlirlərinin 59,2 faizini təşkil
edir”.
V.Bayramov deyir ki, 2011-ci il dövlət büdcəsində
proqnozlaşdırılma üzrə neftin bir barelinin
qiymətinin 20 dollar qalxaraq 80 dollar olmasi nəticəsində
Azərbaycan əlavə 6 milyard dollar neft gəliri əldə
edəcək: “Hesablama Palatası dəyişiklik edilib
parlamentə təqdim edilən dövlət büdcəsi ilə bağlı
bildirib ki, 770 milyon AZN ( 974 milyon dollar)
cari ilin büdcəsinə köçürüləcək. Eyni zamanda
təxminən 4 milyard AZN ( 5 milyard dollardan çox)
Neft Fonduna. Son dəyişikliklər büdcənin Neft
Fondundan asılılığını daha da artıracaq. Büdcə ilə
fond arasında münasibətlər nə qanunvericilik, nə də
dünyada tətbiq edilən standartlar baxımından doğru
müəyyənləşdirilməyib. Əgər büdcənin yarısı Neft
Fondu hesabına formalaşırsa, o zaman bu qurumun
statusuna yenidən baxılması olduqca vacibdir”.
V.Bayramovun rəyinə görə, son əlavə və
dəyişikliklrədən sonra Neft Fondunun statusu və
əhəmiyyəti xeyli dərəcədə aşağı düşmüş olacaq.
|