|
|
|
|
Azərbaycan “Nabucco” layihəsinə “yox” deyir?
Vüqar Bayramov: “Azərbaycanda “Nabucco” layihəsinə
alternativ tapmaq nə iqtisadi, nə də siyasi baxımdan
real görsənir”
İyunun 6-da Türkiyədə “Nabucco” qaz kəməri
layihəsinə dair saziş imzalanacaq. Maraqlıdır ki,
Azərbaycan bu sırada yer almayacaq. Türkiyənin
enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın
açıqlamalarıına görə, sazişi OMV (Avstriya), “BOTAŞ”
(Türkiyə), “Bulgargaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya),
“Mol Natural Gas” (Macarıstan) və RWE (Almaniya)
şirkətləri imzalayacaq. Dövlət Neft Şirkətinin
prezidenti Rövnəq Abdullayev isə bildirib ki,
Azərbaycan öz qazını Avropaya «Nabucco» layihəsi ilə
yox, daha yaxşı şərtlər təklif edən başqa marşrutlar
vasitəsilə də çıxara bilər.
Son açıqlamaları şərh edən iqtisadçı-alim Vüqar
Bayramov fikrincə, ki, ARDNŞ-in ölkənin “Nabucco”
layihəsin alternativ martşurtlar axtarması
Azərbaycanın siyasi mövqeyi kimi xarakterizə edilə
bilməz: “Əvəlla, ARDNŞ Azərbaycanın enerji
siyasətini müəyyənləşdirmir, şirkət icracı qurumdur.
Hətaa enerji ixracını həyata keçirsə də belə. Digər
tərəfdən dövlət başçısının indiyədək təşkil edilən
“Nabucco” saamitlərində iştirakı ölkədə bu yöndə
siyasi iradənin olmasından xəbər verir. Ən önəmlisi
isə mövcud kəmərlərin Azərbaycanın artan mavi qaz
ixracıtını qarşılamaq imkanlarına malik olmamasıdır”.
V. Bayramovun fikrincə, bu açıqlamanın iyunun
əvvəlində Bakıda keçirilməsi planlaşdırılan neft-qaz
sərgisindən, eləcə də iyunun 6-da Türkiyədə
imzalanması planlaşdırılan razılıqdan öncə
səsləndirilməsi təsadüfü deyil: “Azərbaycan
“Nabucco” layihəsində daha yaxşı iqtisadi şərtlər
əldə etməyə çalışır. Bu baxımdan, son açıqlama eyni
zamanda Avropa Birliyinə və Türkiyəyə mesaj kimi
dəyəndirilə bilər. Yəni Azərbaycan mavi qazın nəqli
ilə bağlı alternativ kəmərlər əldə edə bilər,
“Nabucco” yalnız əlverişli şərtlər ilə ölkə üçün
məqbuldur”.
İqtisadçı alim bildirib ki, “Nabucco” kəmərinin
tikinti xərclərinin artması iqtisadi baxımdan normal
haldır: “Bütün regional layihələrdə tikinti
xərclərinin artması müşahidə edilir. Bu heç də
sadəcə hansı tikinti materiallarının və ya
xidmətlərin qiymətinin artması ilə bağlı deyil.
Qiymət artımları biləvastə dəyərləndirmənin müxtəlif
mərhələlər üzrə aparılmasından qaynaqlanır.. Çünki
birinci qiymətdə layihənin ilkin, təxmini
qiymətləndirilməsi aparılır, daha sonra detal
qiymətləndirmə aparılır. Məsələn, Rusiyanın
dəstəkləndiyi Cənub axını layihəsinin ilkin
qiymətləndirilməsi 12 milyard dollar, hal-hazırda
isə layihənin dəyəri 26 milyard dollar intervalında
müəyyənləşdirilib. Və ya, AGRİ layihəsinin dəyəri
1,5 milyard avro kimi müəyyənləşdirilsə də indi bu
rəqəm 4 milyard avrodan artıqdır”.
V.Bayramov deyib ki, mövcud kəmərlər Azərbaycan
artan qazı istehsalının xarici bazara çıxarmaq
imkanlarına malik deyil. Azərbaycan Rusiyaya 2
milyard kubmetr qaz ixrac edir, bu kəmərin maksimum
gücü isə 6 milyard kubmetrdir. İradan 1 milyard qaz
ixrac edən Azərbaycan bu ölkəyə böyük həcmdə qaz
nəql etmək niyyətində deyil. Bu həm texniki, həm də
siyasi səbəblər ilə bağlıdır. Bakı-Tbilisi-Ərzurum
kəmərinin mavi qaz ötürmə qabiliyyəti 8,8 milyard
kubmetrdir və bu kəmərin imkanlarını yaxın illərdə
ən yaxşı halda 20 milyard kubmetrə çatdırmaq
mümkündür. Bu isə o deməkdir ki, Azərbaycanın yeni
kəmərə ehtiyacı var və ilkin araşdırmalar göstərir
ki, “Nabucco” yalnız siyasi baxımdan deyil, eyni
zamanda iqtisadi baxımdan əlverişlidir”.
Ölkənin mavi qaz satışından gəlirlərinin 2015-ci
ildən başlayaraq kəskin artacağını vurğulayan
iqtisadçı bunu 2014-cü ilin sonlarında “Şahdəniz-2”
platformasının istifadəyə veriləcəyi ilə izah edir:
“Nəzərə alsaq ki, Azərbaycan 2010-cu ildə 29 milyard
kubmetr qaz hasil edib, 2011-ci ildə ilk dəfə
hasilatın 30 milyard kubmetrdən çox olacağı
proqnozlaşdırılır.
“Şahdəniz- 2” platformasının istifadəyə verilməsi
Azərbaycan mavi qazının 46 milyard kubmetrə qədər
artmasına gətirib çıxara bilər. Belə halda
Azərbaycan 30 milyard kubmetr mavi qaz ixrac etmək
imkanlarına malik olacaq. İndiki qiymətlərlə bu
2015-ci ildə mavi qaz ixracatından illik gəlirlərin
9 milyard dollara yüksələcəyi deməkdir. Nəzərə alsaq
ki, digər yataqların işlənməsi nəticəsində ikinci
dekadanin sonuna qədər mavi qaz ixracatının 60
milyard kubmetrə qədər artırılması planlaşdırılır,
həmin dövr üçün mavi qaz satışından əldə edilən
illik gəlir 18 milyard dollara çata bilər. Bu da
dövlət gəlirlərinin formalaşmasında mavi qaz
satışından əldə olunan gəlirlərin öndə olacağından
xəbər verir”.
V.Bayramov qeyd edir ki, yaxın 10 il üçün dövlət
gəlirləri baxımındanAzərbaycan iqtisadiyyatını 2
mərhələyə ayırmaq olar: “Birinci mərhələ
2011-2015-ci illərdə dövlət gəlirlərinin
formalaşmasında neft gəlirlərinin üstünlük təşkil
edəcəyidir. İkinci mərhələ 2015-2020-ci illərdə qaz
satışından əldə olunan gəlirlərin kəskin artması
nəticəsində dövlət gəlirlərində mavi qaz satışından
əldə olunan vəsaitlərin dominantlıq etməsidir. Bu
dövrləri dövlət gəlirlərinin məbləği baxımından
xarakterize edendə 2011-2015-ci illərdə ümumi daxili
məhsulda artım tempinin qorunub saxlanmasına
baxmayaraq artım tempində azalmaların müşahidə
ediləcyini deməyə əsas verir. Dövlət Statistika
Komitəsi 2011-ci ildə ümumi daxili məhsulda təxmini
3 faizlik artım proqnozlaşdırıb. Bu rəqəm 2010-cu
ildə 4,8 faiz idi. İstər beynəlxalq maliyyə
qurumlarının, istərsə də İqtisadi və Sosial İnkişaf
Mərkəzinin müstəqil hesablamalarında 2011-2012- ci
illərdə ümumi daxili məhsulun artım tempinin qorunub
saxlanacağı, artım faizinin isə əvvəlki ilə nisbətən
aşağı düşəçəyi proqnozlaşdırılıb. Bu nəticəyə Dövlət
Statistika Komitəsi də gəlib. Eyni tendensiya
2013-2014-cü illərdə də davam edəcək. Lakin 2015-ci
ildə ixracdan gəlirlərin artması ümumi daxili
məhsuldakı artımların yenidən yüksək templə
artmasına gətirib çıxaracaq. Azərbaycanın növbəti 20
ildə inkişaf şəklini cızsaq neft gəlirlərinin deyil,
qaz gəlirlərinin dominantlıq edəcəyi diqqəti çəkir”.
İqtisadçi deyib ki, 2015-ci ildə sonra Azərbaycanın
dövlət gəlirlərində mavi qaz ixracatından əldə
edilən vəsaitlər dominant olduğundan Nabuko
layihəsində daha əlverişli şərtlər əldə etmək istəyi
izah edilə biləndir.
V.Bayramovun sözlərinə görə, mavi qaz hesabına
gəlirlərin formalaşmasının neft gəlirlərindən əsas
fərqi birincinin qiymətinin stabil olmasıdır: “Son 5
ildə mavi qazın qiymətində azalmalar müşahidə
edilməyib.
Əksinə artımlar baş verib. Neftin qiyməti isə
gündəlik dəyişir. Hansıki bu dövlət gəlirlərinin
proqnozlaşdırılması, məbləği ilə bağlı müəyyən
problemlər yaradır. Mavi qazın qiymətinin stabil
olması və artan tendensiya üzrə inkişaf etməsi
ölkənin stabil, proqnozlaşdırılan gəlirlər əldə
etməsinə imkan yaradacaq”.
İqtisadçı deyib ki,” Nabucco” Azərbaycan üçün yalnız
iqtisadi deyil, eləcə də siyasi əhəmiyyət daşıyır:
“Layihə Qərbin siyası gündəmindədir. Bu layihə
Azərbaycanın Avropaya inteqrasiyası üçün vacibdir.
“Nabucco”dan çəkilmək qərarının siyası yükü də var.
Bu baxımdan Azərbaycanda “Nabucco” layihəsinə
alternativ tapmaq nə iqtisadi, nə də siyasi baxımdan
real görsənir”.
|