|
Gənclərin
mənzil şəraitini necə yaxşılaşdırmalı?
Vüqar Bayramov: “Təkcə ipoteka kreditlərinin
verilmə qaydalarının sadələşdirilməsi deyil,
Gənclərin Mənzil Təminatı ilə bağlı Dövlət
Proqramının qəbuluna ehtiyac var.”
Azərbaycanda gənc ailələrə ipotekaların verilməsi
qaydalarının sadələşdirilməsi gözlənilir. Belə ki, çənclər
və idman nazirliyi
yetkililərinin açıqlamalarına görə
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramında gənclərin sosial problemlərinin həlli,
məşğulluq məsələləri və gənc ailələrə ipoteka
kreditlərin verilməsi ayrıca bənd kimi daxil edilib.
Güzəştli şərtlərlə ipoteka kreditlərini əsasən gənc
alimlər, Milli Qəhrəmanlar və onların ailə
üzvlərindən olan gənclər, beynəlxalq aləmdə yüksək
nəticələr qazanan idmançılar, dövlət qulluğunda
çalışan gənclər, qaçqın və məcburi köçkün
ailələrindən olan istedadlı gənclər ala
biləcəklər.Nəzərə çatdıraq ki,
hazırda nə qədər gənc ailənin mənzilə ehtiyacının
olması dəqiqləşdirilməyib.
Məlumat üçün bildirək ki, hazırda ölkədə ipoteka
kreditləşməsinin 2 növü tətbiq edilir –adi, güzəştli.
Adi ipoteka kreditləri illik 8, ilkin ödəniş 20 faiz
olmaqla 25 il müddətinə maksimum məbləğ 50 min
manat həcmində verilir. Güzəştli ipoteka
kreditlərinin illik faizi 4, ilkin ödənişi 15
faiz,maksimum məbləğ 35 min manat təşkil edir və 30
il müddətinə təklif olunur.
2010-cu il ərzində ölkə bankları tərəfindən verilən
kreditlərin məbləği 95,9 mln. manat təşkil edib.
Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı
ildən indiyədək verilən ipoteka kreditlərinin ümumi
həcmi 248,1 mln. manata çatıb. Ötən il İpoteka Fondu
81 mln. manatlıq istiqraz buraxıb. İpoteka
məqsədləri üçün dövlət tərəfindən ayrılan
vəsaitlərin həcmi isə 14 mln. manat təşkil edib.Onu
da bildirək ki,ötən il noyabrın 1-ə ipoteka krediti
alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35 yaşında,
28%-i isə 36 yaşdan yuxarı olub.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, ölkədə
mənzilə ehtiyacı olan ailələr çoxluq təşkil edir. Bu
rəqəmin dəqiqləşdirilməsi üçün mənzil bazarının
dərindən araşdırılmasına ehtiyac var:”Hazırda
gənclərə ipoteka kreditləri təklif edilsə də bu səmərəli
deyil. İpoteka kreditlərinin səmərəli olmamasının
əsas səbəblərindən biri şərtlərin kifayət qədər ağır
olmasıdır. Belə ki, güzəştli ipoteka krediti almaq
üçün gənclərdən minimum 500 manat əməkhaqqı tələb
edilir. Halbuki, gənclərin əksəriyyəti heç də 500
manat əməkhaqqı ödəyən iş yerlərində
çalışmır.Əməkhaqqı üçün müəyyənləşdirilən
minimumların yüksək olması gənclərin sosial
ipotekalardan faydalanmasına imkan vermir”.
Sosial ipoteka kreditləri üçün ayrılan vəsaitlərin
həcminin az olduğunu deyən qitisadçı bildirir ki,
cari ildə də bu istiqamətə 14 milyon manat ayrılması
nəzərdə tutulub: “Bu 400 nəfərin ipoteka krediti
alması deməkdir. Tələb olunan əməkhaqqı üçün
müəyyənləşdirilən minimumlar daha çox mənzili olan
gənclərin ev almasına şərait yaradır. Hazırkı
şərtlər mənzilə tələbatı olan, aşağı əməkhaqqı ilə
işləyən orta təbəqənin və ya aztəminatlı ailələrin
üzvlərinin mənzil sahibi olmasına imkan vermir”.
İqtisadçı hesab edir ki, gənclər üçün təklif olunan
ipoteka kreditlərinin şərtlərinin dəyişdirilməsinə
ehtiyac var: “Kreditlərin verilməsi üçün tələb
olunan sənədlərin sayı 18-dir. Hətta elə sənədlər
var ki onların tətbiqi kifayət qədər absurd
görsənir. Misal üçün, ipoteka götürən şəxsdən
şəxsiyyət vəsiqəsinin sürətinin natariusda təsdiq
edilməsi tələb edilir.Halbuki inkişaf etmiş və
inkişaf etməkdə olan ölkələrdə belə bir şərt yoxdur.
Eyni zamanda elektron ipotekanın tətbiq edilməməsi
ipoteka kreditlərinin alınması prosesinin
sadələşdirilməsinə imkan vermir. Bütün bunları
nəzərə alaraq elektron ipoteka sisteminin tətbiqinə,
müraciətlərin onlayn həyata keçirilməsinə və tələb
olunan sənədləri azaltmaqla ipoteka
kteditləşməsindəki bürokratik əngəllərin aradan
qaldırılmasına ehtiyac var. Digər tərəfdən dövlət
büdcəsindən ipoteka kreditləşməsi üçün ayrılan
vəsait 14 milyon manatdan 50 milyon manata
qaldırılmalıdır”.
İyun ayında dövlət büdcəsinə əlavə və
dəyişikliklərin ediləcəyini vurğulayan ekspert deyir
ki, ipoteka kreditləşməsi üçün nəzərdə tutulan
vəsaiti artırmaq mümkündür: “İpoteka kreditləşməsi
üçün məbləğin aşağı olması da proqramın səmərəli
olmamasına və əmlak bazarına təsiri olmamasına
gətirib çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzi
2007-ci ildən başlayaraq güzəştli ipoteka
kreditlərinin maksimum məbləğinin artırılmasını
təklif edir”.
V.Bayramov həmçinin güzəştli kreditlər üçün maksimum
məbləğin 35 min manatdan 60 min manata
qaldırılmasını təklif edir: “Gənclərin mənzil
problemini həll etmək üçün yalnız ipoteka
kreditlərinin verilmə qaydalarının sadələşdirilməsi
deyil, bir sıra inkişaf etməkdə olan ölkələrdə
həmçinin, Türkiyədə olduğu kimi gənclərin mənzil
təminatı ilə bağlı dövlət proqramının qəbuluna
ehtiyac var. Bu gənclərin ipoteka kreditləşməsindən
kənar mənzil almasına imkan yaradacaq. Türkiyədə
sözügedən proqramın xətti ilə mənzil alan şəxslər
hər ay dövlətə 60 dollar ödəyirlər. Misirdə bu
rəqəm 80 dollardır.İpoteka kreditləşməsinin
təkmilləşdirilməsinin aparılması ilə yanaşı belə bir
proqramın hazırlanması, büdcə vəsaitləri hesabına
mənzil tikintisi aparıb gənc ailələrə maya dəyərinə
satılmasına ehtiyac var”.
Mütəxəssis güzəştli ipoteka kreditləşməsi üçün faiz
dərəclərinin aşağı salınmasını da məqbul hesab edir:
“Dövlət büdcəsindən ayrılan vəsait kommersiya
xarakterli ola bilməz. Kanadada dövlət büdcəsi
hesabına verilən ipoteka kreditləri 1 faiz təşkil
edir. Rusiyada adi ipoteka kreditləri 4,7 faiz,
güzəştli ipoteka kreditləri 2,2 faizdir.
Qazaxıstanda isə bu rəqəm 2 faizdir. O baxımdan
güzəştli ipoteka kreditlərinin faiz dərəcələri
birinci mərhələdə 4 faizdən 2 faizə, gələcəkdə isə
digər inkişaf etmiş ölkələrdə olduğu kimi 1 faizlə
verilməsi məqbuldir. 1 faiz bankların əməliyyat
xərclərinin ödənilməsi üçün vacibdir”.
|