İSİM Bakı-Tiflis-Qars dəmiryolunun çəkiliş xərclərinin monitorinqinə başlayıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)  ABŞ-ın Şəffaflıq Üzrə Tərəfdaşlıq (PTF) Fondunun dəstəyi ilə Dövlət Neft Fondunun vəsaitli hesabına maliyyələşdirilən Baki-Tiflis-Qars (BTQ) dəmiryolu layihəsi üzrə maliyyə xərclərinin monitorinqinə başlayıb.İSİM-dən verilən məlumata görə, icrası 14 ay davam edəcək layihənin məqsədi neft pullarının Azərbaycan iqtisadiyyatına təsirlərini artırmaq, ondan daha səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirməkdir. Məlum olur ki, göstərilən müddətdə Baki-Tiflis-Qars dəmiryolu layihəsinin monitorinqinin aparılması məqsədilə monitorinq qrupu yaradılacaq. Qrupun əməkdaşları layihənin icra edildiyi ərazilərə, həmçinin  Gürcüstan və Türkiyəyə səfərlər edəcəklər.  Monitorinq qrupunun apardığı tədqiqat əsasında hesabat hazırlanacaq. Nəzərə çatdıraq ki, Dövlət Neft Fondu 2007-ci ildən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə  vəsait ayırır. BTQ planlaşdırılmış dəmiryolu lahiyəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Dəmiryolunun 76 km olan Türkiyə hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına, layihənin Gürcüstan ərazisinə düşən   hissəsinin - 29 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 160 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyası Azərbaycan Respublikası tərəfindən illik dərəcəsi 1% olmaqla, uzadılma imkanı ilə 25 il müddətinə ayrılmış 200 milyon ABŞ dolları həcmində kredit hesabına maliyyələşdirilir.

Bildirək ki, İSİM-in monitorinqinin məqsədi neft vəsaitlərinin xərclənməsində səmərəliliyin, şəffaflığın artırılması, vəsaitlərin xərclənməsindəki mövcud problemləri aşkar etmək, həmin problemlərin aradan qaldırılması yönündə təkliflər paketi hazırlamaqdır.

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.