|
İSİM
pensiyaların hesablanması qaydaları ilə bağlı
islahatlar təklif edir. Vüqar Bayramov: “.
İslahatlar nəticəsində orta pensiya məbləği 40 faiz
arta bilər”.
2006-cı
il yanvarın 1-nə qədər pensiyaya çıxanların aldığı
pensiyalar yenidən hesablanacaq.İndiki məbləğlə
müqayisə ediləcək və bundan sonra onların
müavinətləri artacaq. Nəzərə
çatdıraq ki, hazırda
ölkədə 1 milyon 290 min pensiyaçının 675 mini
minimum, yəni 85 manat pensiya alır. O cümlədən
əvvəlki sistemlə pensiyaya çıxanların orta aylıq
pensiya məbləği 102 manatdır. 2010-cu ildə pensiyaya
çıxanların orta aylıq pensiya məbləği isə 150 manat
həcmindədir.
Bu arada 2006-cı ilədək pensiyaya çıxanların
pensiyası hesablanarkən son 2 ilin əmək haqqı əsas
götürülüb. Amma həmin illərdə əmək haqqı çox aşağı
olduğu üçün pensiyaya çıxanların əksəriyyəti
minimum pensiya alıb.
Bir sözlə, bu hesablamadan sonra 2006-cı ilin
yanvarın 1-dək pensiyaya çıxan 900 min insanın hər
birinə fərdi yanaşma olacaq. İlkin hesablamalara
görə, bu yeniliyin reallaşması 1 il ərzində 400
milyon manata yaxın vəsait tələb edir. Bunun üçün
isə ilk növbədə qanunvericiliyə dəyişikliklər
olunmalıdır. Artıq bu istiqamətdə işlərə başlanıb.
Qanuna dəyişiklik ediləndən sonra proses tam
reallaşdırılacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri
Vüqar Bayramovun sözlərinə görə, 2006-cı ildən
sonra yeni standartların tətbiqi həmin ilə qədər
pensiyaya çıxanların daha az vəsait almasına səbəb
olub: “Pensiyaların hesablanması ilə bağlı
qaydaların müəyyənləşdirilməsinə ehtiyac var.
2006-cı ilə qədər və sonra pensiyaya çıxan eyni peşə,
staj sahiblərinin, aldıqları pensiyaların
məbləğində təxminən 40 faizə yaxın fərq var. Bu isə
hüquqi, maliyyə və hüquqi baxımdan əsaslandırıla
bilməz”.
Ölkədə 1 milyon 300 min təqaüdçünün olduğunu deyən
V.Bayramov onların 900 min nəfərinin 2006-cı ilə
qədər pensiyaya çıxdığını bildirir: “Təqaüdçülərin
əksəriyyətinin pesiyalarının hesablanmasındakı
qüsurlar səbəbindən pensiyalarının məbləğində
problemlər var”. V.Bayramovun fikrincə, ümumiyyətlə
pensiyaların hesablanması qaydaları qüsurludur:
“Orta pensiya məbləğinın 114, orta aylıq
əməkhaqqının isə 340 manat olduğunu nəzərə alsaq
orta aylıq əməkhaqqı ilə orta aylıq pensiya arasında
kəskin fərq var. Bundan əlavə orta pensiya məbləği
real yaşayış minimundan aşağıdır.”
Mütəxəssis deyir ki, inkişaf etməkdə olan ölkələrdə
orta pensiya məbləği orta aylıq əməkhaqqıdan ən pis
halda 2 dəfə az olur: “Azərbaycanda bu rəqəm 3
dəfədən çoxdur. Deməli, təkcə 2006-cı ilə qədər
deyil, bundan sonrakı illərdə də pensiyaların
hesablanmasında ciddi problemlər var”.
Ekspert İSİM-in pensiyaların hesablanması
istiqamətində ikimərhələli islahatlar təklif
etdiyini vurğulayır: “Birinci mərhələdə 2006-cı ilə
qədər pensiyaya çıxanların pensiyaları yenidən
hesablanmalıdır. Bu zaman iş stajı əsas
götürülməlidir. Onların əməkhaqlarının böyük qismi
rublla ödənildiyindən həmin əməkhaqları manata
indeksasiya edilməlidir. 2006-cı ilə qədər
pensiyaya çıxanların sayı çox olduğundan bu islahat
ikimərhələli həyata keçirilməlidir. Hesablamalarımıza
əsasən, 2006-cı ilə qədər və sonra pensiyaya
çıxanların təqaüdlərini eyniləşdirmək üçün il
ərzində təxminən 720 milyon manata ehtiyac var. Bu
da böyük rəqəmdir”.
V.Bayramov 2006-cı ilə qədər pensiyaya çıxanların
təqaüdlərinin yenidən hesablanması prosesinin illər
üzrə həyata keçirilməsini vacib sayır: “Belə halda
dövlət büdcəsinə ağırlıq düşməz, həmçinin istehlak
bazarında qiymətlərə təsir etməz. İkinci mərhələ
2006-cı ildən sonra pensiyaya çıxanların
pensiyalarının yenidən hesablanmasını əhatə
etməlidir. Ümumiyyətlə bu mərhələdə . pensiyaların
hesablanması qaydaları beynəlxalq standarlara
uyğunlaşdırılmlıdır. İslahatlar nəticəsində orta
pensiya məbləği 40 faiz arta bilər”.
|