Əməkhaqları 10 faiz artırılacaq
Vüqar Bayramov: “Əməkhaqqı artımı mərhələli
olmalıdır”
İyun
ayında Milli Məclisdə dövlət büdcəsinə əlavə və
dəyişikliklərin müzakirəsi gözlənilir. Bu zaman əsas
müzakirə mövzüsü dövlət büdcəsindən maliyyələşən
qurumlarla bağlı olacaq. Büdcəyə ediləcək
dəyişikliklər nəticəsində Azərbaycanın 2011-ci ilin
dövlət büdcəsinin xərclər hissəsi təqribən 1 mlrd.
manata qədər artırılacaq. Bu sırada maaş və
pensiyaların bir neçə dəfə artımı planlaşdırılır.
Artim əməkhaqları dövlət büdcəsindən maliyyələşən və
orta aylıq əmək haqqı aşağı olan sahələri əhatə
edəcək. Hansıki bu sıraya həkimlərin və müəllimlərin
əmək haqlarını şamil etmək olar.
Nəzərə çatdıraq ki, İqtisadi və Sosial İnkişaf
Mərkəzi bir müddət əvvəl ölkədə əməkhaqqı artımı
təklifi ilə çıxış etmişdi.Mərkəzin rəhbəri Vüqar
Bayramov 2011-ci ilin dövlət büdcəsinə əlavə və
dəyişikliklər zamanı gəlirlərlə yanaşı xərclərinin
də çoxaldılacağını bildirir:”
Hökümət 2011-ci ildə Azərbaycanda orta aylıq əmək
haqqını 379 manata, 2012-ci ildə 431, 2013-də 485,
2014-cü ildə isə 551 manata çatdırmağı
proqnozlaşdırır. İyun ayında dövlət büdcəsinə
gözlənilən əlavə və dəyişikliklər büdcədən sosial
layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin
həcminin artmasına gətirib çıxaracaq”.
Əməkhaqlarının mərhələli artımını təklif edən
iqtisadçı əməkhaqların 10 faiz artırılacağının
gözlənildiyini deyir: “Güman edilir ki, ötən ildən
fərqli olaraq bir sıra kateqoriyalar üzrə artımlara
gediləcək”.
O artımların qiymətlərə təsirsiz ötüşməyəcəyini
söyləyir. Vüqar Bayramovun fikrincə, əməkhaqqı
artımlarının istehlak bazarına təsirlərini azaltmaq
və eləcə də yeni qiymət artımları üçün baza
yaratmasının qarşısının alınması üçün kompleks
tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Çünki
dövriyyədə pul kütləsinin artması nəticə etibari ilə
qiymətlərin qalxması və 2011-ci ilin 2-ci
yarımilində Azərbaycanda daha yüksək inflyasiyanın
yaranmasına səbəb ola bilər.
|