Ərəb Dalğası Dünyada Yeni İqtisadi Böhran Yarada Bilər

Vüqar Bayramov: “2011-ci ilin növbəti aylarında dünya iqtisadiyyatında dəyişikliklərin nibkin olmayacağı güman edilir”

 

Liviyada davam edən hərbi münaqişə fonunda neftin qiyməti yenidən yüksəlib.Belə ki, Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 1,49 dollar yüksələrək 108,83 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,04 dollar bahalaşaraq 121,93 dollara çatıb.Proqnozlara görə, Yaxın Şərqdə  qeyri-stabillik davam edərsə, “qara qızıl”ın bareli 300 dollara qədər qalxa bilər.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, ərəb ölkələrində qarşıdurmaların, münaqişələrin sərhəddi genişləndikcə bunun dünya iqtisadiyyatına təsirləri də artır: “Artıq bir sıra ölkələrin, xüsusilə stabilliyin müşahidə edildiyi  neft dövlətlərinin rəhbərliyi qeyri -stabilliyin müşahidə ediləcəhi halda  bunun dünya iqtisadiyyatına, eləcə də neftin dünya bazar qiymətinə kəskin təsirləri olacağını  bildirirlər. Ümumiyyətlə Yaxın Şərqdə qeyri-stabilliyin davam etdiyi halda  bunun dünya iqtisadiyyatında hansı fəsadlara yol açacağı ciddi   müzakirə mövzusudur”

Ekspertin sözlərinə görə,  dünya bazarında neftin qiymətinin  artımı ilə yanaşı neft qıtlığının baş verməsi istisna olunmur: “Belə ki, təkcə Səudiyyə Ərəbistanı gün ərzində dünya bazarına 10 milyon bareldən artıq neft çıxarır, eləcə də Liviyanın gündəlik töhvəsi 1,6 milyon barel idi. Yaxın Şərqdə  qeyr-stabillik dalğası genişlənərsə, həmin ölkələrin dünya bazarına neft ixracatında problemləri yaranacaq. Bu da yalnız neftin qiymətinin artmasına  deyil, eyni zamanda neft qıtlığının yaranmasına səbəb olacaq”.

İqtisadçı  alim qeyd edir ki, neft qıtlığının yaranması dünya iqtisadiyyatında yeni böhran deməkdir: “Ötən il müşahidə edilən qıtlıqla bağlı bu il kənd təsərrüfatı ölkələrində həmin məhsulların istehsalının artırılmasına cəhd ediləcək.Hələlik kənd təsərrüfatı məhsullarının istehsalının azalmasının  davam etməsinə baxmayaraq,  bir sıra məhsullar üzrə artımlar var. Lakin dünyada neft ixracatı sahəsində böhran yaransa, neft qıtlığı yalnız sənayeyə yox, aqrar sektora da təsir göstərəcək. Bu xüsusən kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı problemin yaranması və qiymətlərin artması ilə müşahidə ediləcək”.

V.Bayramov son proqnozların qeyri-stabilliyın davam etdiyi halda neftin 1 barelnin  300 dollara qədər yüksəlməsindən ibarət olduğunu deyir: “Bununla bağlı Amerikanın aparıcı tədqiqat institutları, bir sıra ərəb ölkələri rəsmi açıqlama yayıblar. Neftin qiymətinin 300 dollar səviyyəsinə çatması dünya iqtisadiyyartını iflic edəcək. Yalnız məhsulların qiymətinin artması deyil, bir sıra sektorlar üzrə istehsal dayana bilər.O baxımdan 2011-ci ilin növbəti aylarında dünya iqtisadiyyatında dəyişikliklərin nibkin olmayacağı güman edilir”.

Ekspert dəyişikliklərin  Yaxın Şərqdə baş verəcək proseslərin     necə cəryan etməsindən asılı olacağını da söyləyir: “ Narazılıq dalğası Yaxın Şərqin digər ölkələrinə keçərsə, dünya iqtisadiyyatında  gərginlik, neftin qiymətinin 1 barel üçün 300 dollara çatması reallaşacaq”.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.