|
|
|
|
Əməkhaqqılar artırılacaqmı?
Vüqar Bayramov: “Dövlət büdcəsinə edilən
dəyişikliklərdən sonra əməkhaqqların 10 faiz
artırılacağı gözlənilir”
Xəbər verdiyimiz kimi, may ayında 2011-ci ilin
dövlət büdcəsinə əlavə və dəyişikliklər edilə bilər.
Bu zaman büdcə gəlirlərinin artımı ilə yanaşı
xərcləri də çoxaldılacaq. Nəzərə çatdıraq ki, cari
ilin büdcəsinin gəlirləri 12061,0 mln. manat,
xərclər isə 12748,0 mln. manat proqnozlaşdırırlb..
Dövlət büdcəsinin xərclərinin 55,1 faizi cari
xərclərə, 42,2 faizi əsaslı xərclərə, 2,7 faizi
dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilməsi
planlaşdırırlıb. Sosialyönümlü xərclərin büdcədəki
xüsusi çəkisi
isə
33,3 faiz müəyyən edilib. Diqqəti çəkən, may ayında
gözlənilən büdcə dəyişiklikləri zamanı əməkhaqqı və
pensiyalarla bağlı nəzərdə tutulan xərc maddəsində
artımlara gedilib-gedilməyəcəyidir? Məlumat üçün
bildirək ki, hökümət 2011-ci ildə Azərbaycanda orta
aylıq əmək haqqının 379 manata, 2012-ci ildə 431,
2013-də 485, 2014-cü ildə isə 551 manata çatdırmağı
proqnozlaşdırır.
İqitisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov bildirir ki, may ayında dövlət büdcəsinə
gözlənilən əlavə və dəyişikliklər büdcədən sosial
layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin
həcminin artmasına gətirib çıxaracaq: “İyul ayından
başlayaraq mərhələli olaraq büdcədən maliyyələşən
təşkilatlarda əməkhaqqı artımları həyata keçirilə
bilər. Bu halda əməkhaqlarında 10 faizlik artım
gözlənilir”.
İqtisadçı alim deyir ki, 2011-ci ildə əməkhaqların,
sosial yardımların məbləğində artımlar hələlik rəsmi
olaraq elan edilməsə də, büdcədə profisitin
yaranması və gəlirlər hissəsinin
proqnozlaşdırıldığından çox olması bu addımın
atılmasına imkan verir: “Büdcə dəyişikliklərindən
sonar əməkhaqqı artımları ilə bağlı sərəncamların
verilməsi gözlənilir. 2009-cu ildə olduğu olduğu
kimi bu artımlar 10 faiz intervalında olacaq. Güman
edilir ki, ötən ildən fərqli olaraq bir
slrakateqoriyalar üzrə artımlara gediləcək”.
Vüqar Bayramov bildirib ki, əmək haqqı artımlarının
istehlak bazarına təsirlərini azaltmaq və eləcə də
yeni qiymət artımları üçün baza yaratmasının
qarşısının alınması üçün kompleks tədbirlərin həyata
keçirilməsinə ehtiyac var.
|