Orta hesabla hər borclu ailənin içməli suya 150 manat borcu silinəcək.

Vüqar Bayramov: “Su borcunun silinməsi müsbət addım olardı və bu ənənənin işıq borclarının bağışlanması ilə sonlanmasına ehtiyac var”

 Yaxın günlərdə əhalinin içməli sudan istifadəyə görə borcları silinəcək. Söhbət  keçmişdən yığılmış su pulu borclarından gedir.  Hansıki bu gün onların ödənilməsində problemlər müşahidə edilməkdədir. Çünki bəzi hallarda bu borcların  əksəriyyəti düzgün hesablanmayıb, tətbiq edilən cərimələr əsassız olub. Nəzərə çatdıraq ki, hazırda prezidentin tapşırığı ilə Nazirlər Kabineti bütün bu məsələləri araşdırır. Nə qədər borcun silinəcəyinə gəlincə, 

  “Azərsu” Səhmdar Cəmiyyəti hələlik bir rəqəm açıqlamır. Cəmiyyətdən bu barədə  dəqiqləşdirmələr aparıldığı deyilir.

 İqitisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM)  rəhbəri Vüqar Bayramov aprel ayının ortalarına qədər ötən dövrdən yığılmış borcların silinməsinin gözlənilən olduğunu bildirir. İqtisadçı-ekspert belə bir addımın atılmasını müsbət qiymətləndirir: “Hesablamalar göstərir ki, orta hesabla hər borclu ailənin içməli suya 150 manat borcu silinə bilər. Borclarların silinməsi istiqamətində  bu  artıq ikinci təcrübədir. Belə ki, bundan öncə prezidentin sərəncamı ilə mavi qaza görə borcların silinməsi yönündə  qərar qəbul edilmişdi. Növbəti mərhələdə elektrik enerjisinə olan borcların silinməsi məsələsinin də gündəmə gətirilməsinə ehtiyac var. Baxmayaraq, bir neçə ay əvvəl Nazirlər Kabineti  “Azərenerji” və “Bakıelektrikşəbəkə” ASC-yə  bu borcların hesablanması ilə bağlı göstəriş vermişdi.Lakin hələlik elektrik borclarının silinməsi ilə bağlı qərar qəbul edilməyib”.

V.Bayramov  əhalinin əsas borclarının  elektrik enerjisi, mavi qaz və içməli suya görə olduğunu vurğulayır. Onun fikrincə, elektrik enerjisinə görə borcların silinməsi istiqamətində qərar qəbul etməklə borclar problemini qapatmaq mümkündür.  İSİM rəhbəri yaxın zamanlarda elektrik enerjisinə olan borcların silinməsini təklif edir:”Elektrik enerjisinə olan borcların  məbləği içməli suya görə olan borcların məbləğindən kifayət qədər çoxdur. Belə bir qərarın qəbulu əhalinin sosial müdafiəsi baxımından uğurlu addım olardı.

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.