Vüqar Bayramov Osloda Məruzə Edib

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov Norveç Xarici İşlər Nazirliyi Xarici Əlaqələr İnstitutunun dəvəti ilə həmin ölkənin paytaxtı Oslo şəhərində martın 31-də təşkil edilən “Azərbaycanın Ümumdünya Ticarətinə (ÜTT) Üzvlüyü” mövzusunda məruzə edib. İSİM rəhbəri məruzəsində Azərbaycanın ÜTT-ə üzvlüyü ilə bağlı aparılan danışıqlar, Azərbaycan- Avropa Birliyi arasında iqtisadə əlaqələr, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu və digər iqtisadi məsələlər barədə məlumat verib. Məruzəni Norveç Xarici İşlər Nazirliyinin bir sıra əməkdaşları, müxtəlif dövlətləri təmsil edən ekspertlər və eləcə də Norveçin Azərbaycandakı keçmiş səfiri Jan Ramberg dinləyib. Sualları cavablandıran azərbaycanlı alim bildirib ki, Azərbaycanın ÜTT-ə üzvülüyü ilə bağlı aparılan danışıqların sürətlənməsi ölkənin 2012-ci ildə bu təşkilata üzv olması ilə bağlı proqnozları gündəmə gətirib. İndi əsas problem Azərbaycanın hansı ölkə status (inkişaf etmiş yoxsa inkişaf etməkdə olan) ilə təşkilata üzv olması, aqrar sektora subsidiyalarin həcminin və eləcə də tariflərin dərəcələrinin müəyyənləşdirilməsi ilə bağlıdır. İndiyədək ikitərfli danışıqlarda 4 ölkə ilə razılıq əldə edilib.

Daha sonra Vüqar Bayramov regional layihələr və eləcə də Nabuko layihəsi və Azərbaycanın Avropa enerji məkanında rolu barədə məlumat verib.

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.