İSİM  viza liberallaşdırılması prosesini sürətləndirmək üçün həm Azərbaycana, həm də Avropa Birliyinə müvafiq təkliflər verib.

 İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Şərqi Avropanın 37 qeyri hökumət təşkilatının şəbəkəsi olan Açıq Cəmiyyət üçün Siyasi Assosasiyanın (PASOS) dəstəyi ilə ötən  ilin sentyabrından başlayaraq viza liberallaşdırılması üzrə tədqiqat aparır. Tədqiqat işində Azərbaycan-Avropa İttifaqı  münasibətlərinin hazırkı vəziyyəti, beynəlxalq öhdəliklər, xüsusilə viza liberallaşdırılması prosesi, sənədləşdirmə təhlükəsizliyi və dövlət sərhədi siyasəti sahəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası nəzərdən keçirilir.

Layihə üzrə milli tədqiqatçı, İSİM eksperti Fuad Çıraqovun açıqlamasına görə,  Avropa İttifaqı ilə münasibətlər, eləcə də Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası ölkənin gələcək demokratik inkişafı, təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir: “Nəzərə alsaq ki, Azərbaycan siyasi baxımdan çox təhlükəli regionda yerləşir, ölkənin gələcəyi Avropaya və Avro Atlantik institutlara inteqrasiyadadır. Viza liberallaşdırılması Avropa İttifaqına  inteqrasiya prosesində çox böyük addımdır”.

Ekspertin fikrincə, viza liberallaşdırılması iqtisadı inteqrasiyanı sürətləndirməklə yanaşı, Azərbaycanın Avropa bazarına çıxışını asanlaşdıracaq, yeni ticarət və investisiya imkanlarını təşviq edəcək: “ Bu həmçinin insanlar arasında ünsiyyəti artıracaq.Ünsiyyət müxtəlif xalqlar və mədəniyyətlər arasında anlaşılmazlıqları azaldır, mədəni mübadilələri inkişaf etdirir”.

F.Çıraqov bu sahədə  Azərbaycanın bir çox mühüm beynəlxalq sənədləri ratifikasiya etdiyini, Aİ -nın standartlarının tələblərinə uyğun olmaq üçün  davamlı inzibati, institusional və hüquqi islahatlar həyata keçirdiyini deyir:” Lakin yeni qanunlar, edilən əlavə və dəyişikliklər heç də  reallıqda onların  düzgün icra olunması demək deyil.Avropa İttifaqı  Azərbaycanla formal münasibətlərə 22 aprel 1996-cı ildə Lüksemburqda Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsini (TƏM) imzalamaqla başlayıb. İttifaqa  daxil olan bütün dövlətlər tərəfindən müqavilənin ratifikasiyasından sonra ikitərəfli münasibətlərin hüquqi çərçivəsi 1 iyul 1999-cu ildə qüvvəyə minib. Bu sənəd əməkdaşlığın müxtəlif tərəflərini siyasi dialoqu, insan hüquqlarını, iqtisadi, hüquqi və s. əhatə edir. Avropa İttifaqı  ilə Azərbaycan arasında münasibətlərdə növbəti əhəmiyyətli addım 2009-cu ildə Praqada qəbul olunmuş Şərqi Tərəfdaşlıq Siyasətidir. Şərqi Tərəfdaşlıq Siyasəti əvvəlki təşəbbüslərinin davamı olaraq Azərbaycanın habelə Şərqi Avropanın digər beş ölkəsinin Aİ-yə inteqrasiyasını gücləndirmək, sabitliyi, düzgün idarəçiliyi iqtisadi inkişafı təmin etmək məqsədlərini daşıyır. Bu müqavilə gələcəkdə Aİ ilə həmçinin Assosiativ üzvlüyü nəzərdə tutur. Şərqi Tərəfdaşlıq Siyasətinin mühüm və uzun müddətli məqsədi Azərbaycanla Avropa İttifaqı arasında tam viza liberallaşdırılmasıdır”.

Ekspert bildirir ki, İSİM  viza liberallaşdırılması prosesini sürətləndirmək üçün həm Azərbaycana, həm də Avropa Birliyinə müvafiq təkliflər verib. O həmçinin  layihə çərçəsində www.novisa.az veb saytı yaradıldığını deyir.

     

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.