|
Vergi Məcəlləsinə Dəyişikliklər Ediləcək
İSİM vergi islahatları təklif edilir
Hökümətin antikorrupsiya tədbirlərinə start
verməsindən ay yarıma yaxın vaxt ötür.
Antikorrupsiya tədbirlərinin ilkin mərhələsində
Vergilər Nazirliyi Vergi Məcəlləsinə ciddi və
əhəmiyyətli dəyişikliklərin ediləcəyini bildirib.
Nazirliyin məlumatına görə, dəyişikliklər hökümətin
müzakirəsindədir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri
Azərbaycanda vergi hesabatlarının verilməsi və vergi
odəniş prosedurlarının xususilə fərdi sahibkarlar
və KOM-lara tətbiq olunanların daha da
sadələşdirilməsini təklif edir. Bildirirlər ki,
mütərəqqi olkələrin əksəriyyətində kiçik muəssisələr
vergi hesabatlarını nisbətən sadələşdirilmiş qaydada
təqdim edirlər. Hesab olunur ki, sadələşdirilmiş
hesabat belə muəssisələrin həyata kecirdikləri
biznes əməliyyatlarını əhatə etmək üçün yetərlidir.
Sadələşdirilmiş vergi hesabatlarının tətbiqi həm
sahibkarların vergi qanunvericiliyinin tələblərinə
riayət etməsi ilə bağlı xərclərini azaldır, həm də
dovlətin vergi inzibatçılığı ilə bağlı xərclərini
aşağı endirməklə, vergi gəlirlərini artırır.
Mütəxəssislər həmçinin elektron ticarətin inkişafı
üçün bu sahənin ƏDV-dən azad edilməsini irəli
sürürlər. Onların fikrincə bu elektron ticarətin
inkişafına yardım göstərməklə yanaşı e-ticarətin
daha da leqalaşdırılmasına səbəb olar:”ƏDV-nin bir
deyil “dəyişən dərəcələri” tətbiq edilməlidir.
ƏksərAvropa ölkələrində ƏDV standart deyil, bir neçə
dərəcədə olur. Elə sferalar var ki, orada ƏDV-in
faizi standart faizdən az olur. Azərbaycanda isə ƏDV-ə
cəlb edilən bütün əməliyyatların hamısı eyni vergi
dərəcəsi ilə -18 faizlə cəlb edilib. Halbuki, ƏDV-in
faizi sektorlar üzrə fərqləndirilməsi qeyri-neft
sektorunun inkişafını stimullaşdırar və vergidən
yayınmanın qarşısını alar.Bir sıra Avropa
ölkələrində olduğu kimi rüblük bəyənnamələrin illik
hesabatla əvəz edilsin. Bu vergi müfəttişləri ilə
sahibkarların birbaşa ünsiyyətinin azalmasına səbəb
ola bilər.Vergi Məcəlləsi üzrə risk təhlili
aparılmalıdır.Müstəqil və tanınmış xarici şirkət
tərəfindən həyata keçirilməsi tövsiyə edilən bu
təhlil məcələnin korrupsiya üçün hansı imkanlar
yaratdığını müəyyənləşdirə bilər.Vergilər
Nazirliyinin yanında Müşahidə Şurası yaradılmalıdır.
Həmin şuraya hökumət qurumlarının nümayəndələri ilə
yanaşı biznes və vətəndaş cəmiyyətinin nümayəndələri
cəlb edilməlidir”.
O da təklif edilir ki, Vergi Məcələsində 2000
AZN-dən artıq vergidən yayınma cinayət xarakterli
fəaliyyət hesab edilsı də bu, məbləğin artırılmasına
ehiyac var. Belə ki, bu bir sıra hallarda sui-istifadələr
və biznesə müdaxilələrə imkan yarada bilər. Həmçinin
bir sıra vergi dərəcələrinin azaldılması irəli
sürülür: “Vergi dərəcələrinin sahibkarılığın
inkişafında rolu əvəzsizdir. Böhran dövründə yüksək
vergi dərəcələri sahibkarların sərəncamında qalan
vəsaitlərin həcmini azaldır və onların likvidliyini
aşağı salır. Bu baxımdan təklif olunur ki, vergi
dərəcələrinə 1 il müddətində aşağıdakı azalmalar
tətbiq olunsun:
Əlavə Dəyər Vergisi 18 faizdən 17 faizə endirilir; sosial
sığorta ayırmasının həcmi, işəgötürənlərdən tutulan
hissəsi 22%-dən 20%-ə endirilsin.
İSİM qənaətinə görə, idxal-ixrac əməliyyatları üzrə
Əlavə Dəyər Vergisi üzrə ödənişlərin Dövlət Gömrük
Komitəsi tərəfindən alınması ləğv edilməli və bu iş
Vergilər Nazirliyinə həvalə edilməlidir.
Lisenziyaların məbləği azaldılmalıdır. Çünki
lisenziya məbləğlərinin yüksək olması iş adamlarının
lisenziya almadan kölgə iqtisadiyyatında işləməsinə
gətirib çıxarır.Vergilər Nazirliyi tərəfindən «Elektron
audit» sisteminin tətbiqi həyata keçirilməlidir. Bu
sistemin reallaşdırılması audit işində şəffaflığın
artmasına və audit proseslərinin asanlaşdırılmasına
səbəb ola bilər. Elektron ticarətin inkişafı üçün bu
sahə ƏDV-dən azad edilməlidir. İnvestisiya qoyuluşu
ilə bağlı mənfəət vergisinə güzəştlər tətbiq
edilməlidir.
|