Müəllif Hüquqları Necə Qorunur?

Vüqar Bayramov: “Müəllif hüquqlarının qorunmasındakı nöqsanlar sahibkarlara milyonlarla ziyan vurur”

Azərbaycan Avropada müəllif hüquqlarının ən çox pozulduğu ölkələrdən biridir. Müəllif mülkiyyət hüquqlarının qorunması ilə bağlı standartların Avropa Birliyi standartlarına uyğunlaşdırılmasında yubanmalar ölkəmizin Ümumdünya Ticarət Təşkilatına  (ÜTT) üzvlüyünü də əngəlləyir. Diqqəti çəkən isə  müəlliflik hüquqlarını pozanların sahibkarların məhz özlərinin olmasıdır. Belə ki, onlar həmkarlarının müəlliflik hüquqlarına hörmətlə yanaşmırlar. Norveç Beynəlxalq Əlaqələr İnstitutunun (NUPI) dəstəyi ilə bu sahəni tədqiq edən iqtisadçı-alim Vüqar Bayramov bildirir ki, müəlliflik hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə və yeni qanunvericilik aktlarının qəbul edilməsinə ehtiyac var. V.Bayramov qeyd edir ki, ÜTT-ə üzv olmağın əsas tələblərindən biri məhz müəllif hüquqlarının qorunması ilə bağlı yeni standartların tətbiq edilməsidir: “Mövcud qanunvericiliyin icrasında qüsurlar var. Problemlər yalnız xarici deyil, eləcə də yerli müəlliflik hüquqlarının qorunması ilə bağlıdır”.

V.Bayramov deyir ki,  müəlliflik hüquqlarının qorunması ilə bağlı qanunvericilik aktlarının Berne və Paris Konvensiyalarına uyğunlaşdırılması ilə yanaşı Avropa Birliyi standartları da nəzərə alınmalıdır: “Tədqiqatlar göstərir ki, mülkiyyət hüquqlarının qorunmaması səbəbindən sahibklarar hər il milyonlarla ziyan dəyir. Əslində bu da gizli iqtisadiyyatın bir formasıdır. Bu baxımdan müəlliflik hüququnu pozanlara qarşı mübarizənin genişləndirilməsinə ehtiyac var”.

 

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.