|
|
|
|
Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı qərarı nəyi
dəyişəcək?
Vüqar Bayramov: “Bu addım uçot stavkasının kredit və
istehlak bazarına təsirləri, eləcə də aqreqat tələb
təklifdəki dəyişikliklər tam qiymətləndirilmədən
atılıb”
Son aylar dünya əmtəə bazarlarında ərzaq
məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə
olunmaqdadır. Bu şəraitdə inflyasiya amillərinə
nəzarətin gücləndirilməsi və onların preventiv
rejimdə tənzimlənməsinin aktuallığı artdığından
Mərkəzi Bank öz fəaliyyətinin bəyan olunmuş
istiqamətlərinə uyğun qiymət sabitliyinin
qorunmasına yönəlmiş məqsədyönlü tədbirlər həyata
keçirir. Bankın İdarə Heyəti 1 mart 2011-ci il
tarixindən etibarən uçot dərəcəsinin 3%-dən 5%-ə
qaldırılması barədə qərar qəbul edib. Bu qərar eyni
zamanda maliyyə bazarlarında müvafiq şəraiti təmin
etməklə Mərkəzi Bankın izafi pul kütləsini
sterilizasiya etmək imkanlarının artırılmasına
yönəlib.MB-dan deyilir ki, pul kütləsinin artım
templərinin tənzimlənməsi məqsədilə bankların daxili
və xarici öhdəlikləri üzrə məcburi ehtiyat
normasının 0.5%-dən 2%-ə qaldırılması barədə də
qərar qəbul olunub. Qeyd edilir ki, ölkənin valyuta
gəlirlərinin əhəmiyyətli çoxalması, tədiyə
balansında iri həcmli profisit nəticəsində pul
kütləsinin artım mənbələrinin genişlənməsi, habelə
qeyri-neft sektorunda iqtisadi artımın davam etməsi
əmtəə və xidmət bazarlarında tələbin yüksəlməsini
şərtləndirir.
MB-nın son qərarına münasibət bildirən
iqtisadçı-alim Vüqar Bayramov İqtisadi və Sosial
İnkişaf Mərkəzinin (İSİM) hələ bir müddət əvvəl
Mərkəzi Bankın uçot stavkasına yenidən baxmasını,
antiinflyasiya tədbirləri kimi uçot stavkasını
artırması
http://cesd.az/m199.htm
barədə təkliflər irəli sürdüyünü xatırladır:
“Mərkəzin ekspertləri uçot stavkasının
artırılmasını müşahidə edilən qiymət artımlarına
qarşı Mərkəzi Bankın istifadə edəcəyi alət kimi
nəzərdə tuturdular. Çünki, inflyasiya ilə mübarizə
yalnız qiymətlərin tənzimlənməsi, süni qiymət
artımlarına qarşı mübarizənin aparılması formasında
deyil, dolayi metodlardan, eləcə də maliyyə
sektorunun imkanlarından istifadə etməklə həyata
keçirmək olar”.
V.Bayramov İSİM-in təkliflərinə uyğun olaraq MB-nın
uçot stavkasını artırmaq yönündə qərarını müsbət hal
kimi dəyərləndirsə də, uçot stavkasını bir dəfəyə 2
nöqtə artırılmasını doğru addım hesab etmir: “İSİM
–in təkliflərində uçot dərəcəsinin 3 faizdən 4 faizə
qaldırılması əksini tapırdı. Uçot stavkası
antiinflyasiya tədbirləri kimi nəzərdə tutulsa da
bunun bank sektoruna, kredit bazarına birbaşa və
dolayı təsirləri var. O səbəbdən də uçot dərəcəsinin
kəskin deyil, pilləli olaraq artırılması daha
məqsədəuyğun idi. Mərkəzi Şərqi Avropanın, eləcə də
Rusiyanın bu istiqamətdə təcrübəsinə diqqət
yetirsək uçot stavkasının kəskin artımının neqativ
təsirlərə gətirib çıxardığını görərik. İndiki
mərhələdə Mərkəzi Bank uçot dərəcəsinin 3 faizdən 4
faizə qədər artırılmaq barədə qərar qəbul etməli idi”.
Ekspertin sözlərinə görə, uçot stavkasının
artırılması iqtisadiyyatda aqreqat tələbdəki artımin
azalmasına gətirib çıxarır. Hansıki, bu da
inflyasiya səviyyəsinin azalmasına təsir göstərir:
“Lakin nəzərə almaq lazımdır ki, uçot stavkasının
kəskin artımı istehlakçıların xərclərini azaltsa da,
kredit bazarında müəyyən gərginliyə səbəb ola
bilər.Düzdür, Mərkəzi Bankın mərkəzləşdirilmiş
kreditlərinin kommersiya banklarının ümumi kredit
portfelindəki payı böyük deyil, bununla belə uçot
dərəcəsinin həm maliyyə, həm də psixoloji təsirləri
var”.
İqtisadçı bir daha qeyd etdi uçot stavkasının
qaldırılması barədə qərar müsbət qərar olsa da, MB
kredit bazarını, uçot stavkasının kredit və istehlak
bazarına təsirlərini, eləcə də aqreqat tələb
təklifdəki dəyişiklikləri tam qiymətləndirmədən bu
addımı atıb: “Uçot dərəcəsini 3 faizdən 5 faizə
qədər artırılması kifayət qədər böyük rəqəmdi.
Mərkəzi Bankın uçot dərəcəsinin pilləli artımını
həyata keçirməsi daha məqsədəuyğun idi. Yəni birinci
mərhələdə uçot dərəcəsi 3 faizdən 4 faizə
qaldırılmalı, ikinci mərhələdə -iyunun 1-dən
etibarən isə uçot dərəcəsi 4 faizdən 5 faizə
çatdırılmalıydı. Bu iqtisadi eləcə də maliyyə
baxımından daha məqbul hesab edilən qərar olardı.
Çünki iyun ayında dövlət büdcəsinə yenidən baxılaraq
əlavə və dəyişikliklər edilməsi planlaşdırılır.
Nəzərə alsaq ki, büdcənin gəlirlər hissəsi artacaq,
bu istehlak bazarına psixoloji təsir edəcək. Eyni
zamanda əmtəə və istehlak bazarında vəsaitlərin
artması fonunda təsirlərə malik olacaq”.
|