Bahalı avtomobillər  ucuzlaşacaq. Vüqar Bayramovun fikrincə, yaxın aylarda avtomobillərin qiymətləri 15 faiz düşəcək

 Xəbər verildiyi kimi, gömrük sistemində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə “bir pəncərə” prinsipinin tətbiqinə başlanıb. Hansıki, bu da avtomobil bazarında qiymətlərin dəyişməsinə gətirib çıxarıb. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, “bir pəncərə” sisteminin tətbiqi nəticəsində avtomobillərin rəsmiləşdirilməsi xərclərinin azaldılmasının  bazara təsir edəcəyi proqnozlaşdırılırdı.  Artıq avtomobillərin qiymətində müəyyən azalmaların müşahidə olunduğunu vurğulayan V.Bayramov bildirir ki, bu tələbatın aşağı düşməsi ilə deyil, gömrük sistemində dəyişikliklərlə bağlıdır: “Monitorinqlərimiz göstərir ki, avtomobillərə tələbat dəyişməyib. Eyni zamanda hələlik təklifin artması da müşahidə edilmir. Yalnız son iki həftədə avtomobillərin qiyməti orta hesabla 5 faiz aşağı düşüb. Əsasən Avropadan idxal edilən və, eləcə də matoru daha böyük at gücünə malik avtomobillərin qiymətlərində ucuzlaşma var.Gömrük sistemində yeni qaydaların tətbiqi, müşahidə edilən tendensiyalar avtomobillərin qiymətlərində azalmaların davam edəcəyini söyləməyə əsas verir”.

V.Bayramov bildirir ki, avtomobillərin sənədləşdirmə xərclərinin azalması maya dəyərin aşağı düşməsinə səbəb olub: “Avtomobillərin gömrük sənədləşdirilməsinin asanlaşdırılması, dövlət nişanlı nömrələrin alınması  prosedurunun yüngülləşdirilməsi avtomobil idxalını stimullaşdıracaq. Mart ayından başlayaraq ölkəyə daxil olan avtomobillərin sayında artımlar müşahidə ediləcək. Bu da təklifin artması demək olacaq ki,  proses qiymətlərə təsirsiz ötüşməyəcək”.      

Ekspertin qiymətləndirməsinə əsasən, yaxın aylarda avtomobillərin qiymətləri 15 faiz düşəcək: “Bu azalma həm Avropada istehsal edilən avtomobillərə və keçmiş sovet maşınlarına aid olacaq”. O yeni avtomobillərin qiymətlərində də azalmaları istisna etmir: “Ən çox azalma matoru böyük at gücünə malik bahalı avtomobillərin qiymətlərində ola bilər. Belə ki, əvvəllər həmin avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı ödənilən qeyri-rəsmi ödənişlərin həcmi kifayət qədər böyük idi”.

 

 

 

 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.