|
Vüqar
Bayramov Beynəlxalq Konfransa Sədrlik Edəcək
İqtisadi Keçid üzrə Beynəlxalq Mərkəz Norveç və
İslandiya hökumətlərinin dəstəyi ilə
“Avro-inteqrasiya: Yaxın Qonşuluq və Şərqi
Tərəfdaşlıq Təşəbbüsləri” mövzusunda martın 10-dan
14-dək Macarıstanın paytaxtı Budapestdə beynəlxalq
konfrans təşkil edir. Konfransda dünyanın aparıcı
beynəlxalq qurumların- BMT, Dünya Bankı, Beynəlxalq
Valyuta Fondu, Avropa Komisiyası və eləcə də bir
sıra ölkələrin dövlət rəsmilləri iştirak edəcək. Tədbirdə
Azərbaycanı təmsil edən İqtisadi və Sosial İnkişaf
Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov eyni zamanda
konfransın iqtisadi panellərinə sədrlik edəcək.
İSİM-dən yayılan xəbərə görə, Vüqar Bayramov
“Regional Əməkdaşlıqda İqtisadiyyatın Rolu”
mövzusunda təşkil edilən panellərə sədrlik edəcək.
Həmin panellərdə BMT, Beynəlxalq Valyuta Fondu,
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa
Komissiyası və eləcə də Macarıstan və Belçika
Hökimətlərinin rəsmilləri çıxış edəcək.
|